Biz, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik.
Düşünürük ki, xidmətlərimizdən yararlanmaqla, biznes fəaliyyətinizə daha çox vaxt ayıra biləcəksiniz.
- İşə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin yığılması, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
- Yeni işçilərə əmək kitabçalarının açılması;
- Yeni işçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
- İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
- İşdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;
- Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
- Dövlət orqanlarına hesabatların vaxtında verilməsi
- Məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi;
- İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;
- Əlil şəxslərin hüquqlarının təmin edilməsi;
- Qadınların, yaşı 18-dən az olan işçilərin hüquqlarının təmin edilməsi;
- qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin içşilərinə “Tibbi müayinə” kartlarının alınması və icbari tibbi sığorta olunması və s.